AZ   |   RU
Ukraynanın əks-hücumları davam edir - Zelenski


"Ukraynanın əks-hücumları davam edir, lakin bu il böyük bir irəliləyiş olub-olmayacağı hələ məlum deyil. Silahlı Qüvvələrimiz cəbhədə böyük uğurlar qazanacaq".

Missiya.Az
 "RBC-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə CNN telekanalına müsahibəsində Ukrayna prezidenti Vladimir Zelenski deyib.

Zelenski Ukrayna ordusunun davam edən əks-hücum əməliyyatını müsbət qiymətləndirib. O, həmçinin hücumun gözlənildiyindən daha yavaş olduğunu təsdiqləyib.

“Düşünürəm ki, heç kim həqiqətən bilmir. Ancaq düşünürəm ki, biz daha çox uğur qazanacağıq”, - Ukrayna lideri qeyd edib.

Zərintac Mayisqızı
Missiya.Az




  • 20-09-2023, 10:42