AZ   |   RU
Əfqanıstanda avtomobil partladıldı - Ölənlər var


Əfqanıstanın şimalında yerləşən Bədəxşan əyalətində avtomobilə qoyulmuş bombanın partladılması nəticəsində çoxlu sayda insan ölüb.

Missiya.Az “TRTHaber”ə istinadən xəbər verir ki, bu barədə Bədəxşan əyaləti informasiya və mətbuat xidmətinin rəhbəri Mahzuddin Əhmədi deyib.

Onun sözlərinə görə, hücumun hədəfi əyalətin valisi olub. Bununla yanaşı, vali ilə bağlı hələ məlumat yayılmayıb.

Zərintac Mayisqızı
Missiya.Az


  • 6-06-2023, 10:44