AZ   |   RU
NATO: 500 türk hərbçisi Kosovaya gedib

NATO-nun əlavə qüvvələri Kosovaya gəlib.

Missiya.Az APA-ya istinadən xəbər verir ki, bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb.


Məlumatda bildirilib ki, keçən həftə baş verən qarşıdurmalarda 30 sülhməramlının yaralanmasından sonra 5 iyun 2023-cü ildə NATO-nun əlavə qüvvələri Kosovaya gəlməyə başlayıb. “Türkiyənin 65-ci mexanikləşdirilmiş piyada briqadasının 500-ə yaxın hərbçisi NATO-nun qüvvələrinin əsas hissəsini təşkil edəcək. Türk batalyonu ilkin olaraq Sultan Murat Düşərgəsində yerləşdiriləcək və lazımi müddətdə Kosovoda yerləşdiriləcək. Lazım gələrsə, NATO ehtiyat qüvvələrinin əlavə bir batalyonu da yerləşdirilmək üçün yüksək hazırlıq vəziyyətinə gətirilib", - məlumatda qeyd olunub.

Qeyd edək ki, NATO regionda sabitliyin yaradılması üzrə beynəlxalq səylərə dəstək məqsədilə 1999-cu ildən Kosovada sülhməramlı əməliyyata rəhbərlik edir. KFOR-un əsas missiyası BMT Təhlükəsizlik Şurasının 1244 saylı Qətnaməsinə uyğun olaraq Kosovada yaşayan bütün icmalar üçün təhlükəsiz mühiti və hərəkət azadlığını qorumaqdır. KFOR hazırda 27 NATO müttəfiqi və tərəfdaşının iştirak etdiyi 4200-dən çox hərbçidən ibarətdir.



  • 5-06-2023, 19:07