AZ   |   RU
İranın yeni təhsil naziri təyin edilib



İran parlamentində İbrahim Rəisinin təklif etdiyi Rza Murad Səhrayinin namizədliyi məsələsinə baxılıb.

Missiya.Az "Azad İran" kanalına istinadən xəbər verir ki, Səhrayi parlamentin bugünkü iclasında iştirak edən 269 deputatdan 167-nin lehinə səsi ilə yeni təhsil naziri seçilib.

İclasda iştirak edən 87 millət vəkili isə İbrahim Rəisinin seçimini yanlış hesab edərək, yeni nazirin əleyhinə səs verib.

Qeyd edək ki, İranın keçmiş təhsil naziri Yusif Nuri müəllimlərin maaşlarının ödənilməsinin gecikdirilməsinə dair problemlərə görə aprel ayında tutduğu vəzifədən azad edilib.

Zərintac Mayisqızı
Missiya.Az




  • 31-05-2023, 13:42