AZ   |   RU
Yaponiya NATO-ya daxil olmaq fikrində deyil


Yaponiyanın NATO-ya daxil olmaq planı yoxdur və Şimali Atlantika Alyansının ölkədə nümayəndəliyinin açılmasına dair qərar hələ bildirilməyib.

Missiya.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Baş nazir Fumio Kisida parlamentin yuxarı palatasının plenar iclasında deputatların suallarını cavablandırarkən deyib.

“Yaponiyanın NATO-ya nə daimi, nə də assosiativ üzv kimi daxil olmaq planı yoxdur”, - o vurğulayıb.

Yaponiyada alyansın nümayəndəliyinin açılmasının mümkünlüyünə toxunan nazir əlavə edib ki, bu mövzu müzakirə olunur, lakin indiyə qədər heç bir qərar qəbul edilməyib.

Zərintac Mayisqızı
Missiya.Az


  • 24-05-2023, 09:56