AZ   |   RU
Rusiyadan Türkiyəyə gedən turistlərin sayı azalıb


Rusiyadan Türkiyəyə gedən turistlərin sayında azalma müşahidə olunub.

Missiya.Az
xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

Nazir bildirib ki, 2022-ci ildə Rusiyadan Türkiyəyə 5,2 milyon nəfər turist gəlib. Amma bu il mayın 1-də Rusiyadan gözlənilən turist sayı azalıb.

O, bunun səbəblərini belə açıqlayıb: "Müharibədən sonra ruslar arasında qorxu yarandı. Bunu Avropada yaşatdılar. Dərhal hava məkanı bağlandı və s. Həmin vaxt “Türk Hava Yolları” (THY) olmasaydı, Avropadakı ruslar ölkəyə qayıda bilməyəcəkdilər".

Çavuşoğlu, həmçinin, qeyd edib ki, əslində onlar THY-də yer tapa bilmədiklərinə görə uzun müddət qalmalı olublar.

Zərintac Mayisqızı
Missiya.Az




  • 22-05-2023, 11:49