AZ   |   RU
NATO ölkələri Ukrayna üçün yeni silah istehsalı ilə bağlı razılığa gəlib


NATO ölkələri Ukrayna üçün yeni silah istehsalı ilə bağlı razılığa gəlib.

Missiya.Az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bunu NATO-nun Baş katibi Yens Stoltenberq açıqlamasında deyib.

Onun sözlərinə görə, Ukraynaya dəstək üçün döyüş sursatlarının istehsalı hazırda alyans ölkələrinin prioritet hədəfləri sırasındadır.

Stoltenberq əlavə edib ki, NATO-nun 30 ölkəsindən yeddisi hazırda müdafiə xərclərini ÜDM-in 2%-nə qədər artırmaq məqsədinə nail olub.

İyulda Vilnüsdə keçiriləcək sammitdə onlar yeni öhdəliklər götürməli və bu rəqəmi ÜDM-in 2%-dən çox artırmalıdırlar.

NATO, həmçinin sualtı kabellər və boru kəmərləri də daxil olmaqla infrastrukturun mühafizəsini gücləndirir



  • 28-02-2023, 20:55