AZ   |   RU
Britaniya XİN başçısı Qazaxıstana gedəcək


Böyük Britaniya xarici işlər naziri Ceyms Kleverli 17-18 mart tarixlərində Qazaxıstanın paytaxtı Astanaya səfər edəcək və respublika rəhbərliyi ilə görüşəcək.

Missiya.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan XİN rəsmi nümayəndəsi Aybek Smadiyarov brifinqdə deyib.

Astanaya səfəri zamanı Kleverli Prezident Kasım-Jomart Tokayev və Baş nazir Alixan Smailkov və Xarici İşlər Nazirliyinin rəhbərliyi ilə görüşəcək.

Zərintac MAYİSQIZI

Missiya.Az



  • 13-03-2023, 17:49