AZ   |   RU
Nuland: “Qərb Ukraynaya beşinci nəsil qırıcı təyyarələrin tədarükünü nəzərdən keçirir”

“Kollektiv Qərb Ukraynaya dördüncü və beşinci nəsil qırıcı-bombardmançı təyyarələrin tədarükü variantlarını nəzərdən keçirir”.

Missiya.Az
Report-a istinadən xəbər verir ki, bunu ABŞ dövlət katibinin müavini Viktoriya Nuland deyib.

“Avropanın bəzi ölkələri bu təyyarələri təmin etməkdə maraqlıdır. Və ABŞ prezidenti Co Baydenin əvvəllər dediyi kimi, bu qərarı onlar verməlidir. Ancaq yenə də bu dəyişən mənzərədir, biz burada Ukraynanın nəyə ehtiyacı olduğunu düşünürük”-deyə, o bildirib.

Fevralın 23-də Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib ki, alınan Qərb qırıcıları və uzaqmənzilli raketlər Ukrayna ordusu tərəfindən yalnız işğal olunmuş əraziləri azad etmək üçün istifadə olunacaq. O vurğulayıb ki, Ukrayna Silahlı Qüvvələri onlardan Rusiyanın digər ərazilərində istifadə etmək niyyətində deyil.

  • 23-02-2023, 21:26