AZ   |   RU
Çində doğum sayını artırmaq üçün yeni evlənənlərə məzuniyyət veriləcək


Çində doğum sayını artırmaq üçün yeni evlənənlərə evlilik məzuniyyəti veriləcək.

Missiya.Az
-ın "Asia One" nəşrinə istinadən xəbərinə görə məzuniyyət günlərinin sayı əyalət rəhbərliyi səviyyəsində müəyyən ediləcək. Məsələn, Qansu və Şansidə yeni evlənənlərə 30 gün, Şanxayda 10 gün, Siçuanda isə 3 gün məzuniyyət veriləcək.

Ekspertlər hesab edirlər ki, Çində doğum səviyyəsinin düşməsi 1980-2015-ci illərdə ölkədə qüvvədə olan “Bir uşaq” siyasəti ilə bağlıdır. Bundan əlavə, təhsil xərclərinin kəskin artması da bir çox çinlinin ümumiyyətlə uşaq sahibi olmaq istəməməsinə səbəb olub.

Zərintac MAYİSQIZI
Missiya.Az



  • 22-02-2023, 16:06