AZ   |   RU
Şolts: Almaniya ötən il Kiyevə 12 milyard avrodan çox yardım edib

"Almaniya ötən il Kiyevə 12 milyard avrodan çox yardım edib"

Missiya.Az
"APA"ya istinadən xəbər verir ki, bunu Almaniya kansleri Olaf Şolts Münhen Təhlükəsizlik Konfransında deyib. O, ölkəsinin 1 milyondan çox ukraynalı qaçqını qəbul etdiyini əlavə edib.

Şolts bildirib ki, Almaniya Ukraynaya mümkün olan ən yaxşı dəstəyi göstərməklə yanaşı arzuolunmaz NATO-Rusiya gərginliyindən qaçmaq üçün balansı gözləməyə davam edəcək. Kansler Ukraynanın vahid və azad Avropadan olduğunu, Avropa İttifaqının (Aİ) Ukraynanın ittifaqa üzvlüyünün arxasında durduğunu vurğulayıb.

Şolts qeyd edib ki, Almaniya Avropanın təhlükəsizliyinin və NATO müttəfiqlərinin ərazisini heç bir bəhanəsiz qorumağa sadiqdir. O, Berlinin Litvanı qorumaq üçün əlavə briqada təmin edəcəyini, həmçinin Polşa və Slovakiyanın hava hücumundan müdafiəsinə yardım edəcəyini vurğulayıb.
Olaf Şolts Ukraynaya tank tədarük edəcək ölkələri elə indi addım atmağa çağırıb.


  • 17-02-2023, 18:54