AZ   |   RU
ABŞ gələcəkdə Ukraynaya döyüş təyyarələrinin çatdırılmasına icazə verib


ABŞ Rusiya ilə münaqişə uzandıqca öz döyüş təyyarələrini Ukraynaya göndərə və ya digər ölkələrdə xidmətdə olan F-16 qırıcılarının təkrar ixracına icazə verə bilər.

Missiya.Az
xəbər verir ki, bu barədə Britaniyanın “Financial Times” qəzeti məlumat yayıb.

Bildirilib ki, qırıcı təyyarələrin tədarükü bu gün NATO müdafiə nazirlərinin Brüsseldə keçiriləcək görüşündə müzakirə olunacaq.

ABŞ Prezidenti Co Bayden yanvarın 31-də bildirmişdi ki, Vaşinqton F-16 qırıcılarını Ukraynaya verməyəcək. Nəşr qeyd edir ki, Kiyev hakimiyyəti Qərb döyüş təyyarələrini almağı uzunmüddətli məqsəd kimi nəzərdən keçirir, hazırda isə əsas diqqət Ukraynaya döyüş sursatlarının göndərilməsinə yönəlib.

Zərintac MAYİSQIZI
Missiya.Az



  • 14-02-2023, 11:24