Brüsseldə keçirilən mətbuat konfransında həftəsonu NATO resurslarına kiberhücumlar barədə məlumat təsdiqlənib.
Missiya.Az Xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə NATO-nun baş katibi Yens Stoltenberq deyib.
O əlavə edib ki, saytların əksəriyyətinə giriş artıq bərpa olunub, lakin bəziləri üzərində hələ də iş gedir.
“Lakin sizi əmin edə bilərəm ki, məxfi məlumatımız təsirlənməyib, NATO-nun missiyaları və əməliyyatları üçün heç bir təhlükə yoxdur”, - Stoltenberq bildirib.
Zərintac MAYİSQIZI
Missiya.Az