AZ   |   RU
Türkiyədə təxirə salınmış futbol liqalarının yeni tarixi açıqlanıb


Türkiyədə zəlzələ ilə bağlı təxirə salınmış futbol liqalarında oyunların yeni tarixi bəlli olub.

Missiya.Az
xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Mehmet Büyükekşi açıqlama verib.

Funksioner bildirib ki, Superliqa, I Liqa və digər çempionatlar martın 3-4 martda bərpa olunacaq.

Qeyd edək ki, son məlumatlara əsasən, Türkiyədə fevralın 6-da baş vermiş zəlzələ nəticəsində 16 546 nəfər həlak olub, 66 132 nəfər yaralanıb.

  • 9-02-2023, 20:36