AZ   |   RU
Türkiyə və Suriya XİN rəhbərlərinin görüşü nə vaxt baş tutacaq? Rusiyadan təklif var

Türkiyə və Suriya milli müdafiə nazirlərinin ardınca xarici işlər nazirləri də görüşə hazırdır. Rusiyanın bu həftə keçiriləcək danışıqların tarixini təklif etdiyi öyrənilib.

 Missiya.Az xarici KİV-nə istinadən xəbər verir ki, hazırda xarici işlər naziri Mövlud Çavuşoğlunun ya 5 ölkəni əhatə edən Afrika turundan ya da, yanvarın 17-də ABŞ  səfərindən sonra Moskvaya gedərək üçtərəfli görüşdə iştirak edəcəyi gözlənilir.
 
Qeyd edək ki,  Suriyada baş verən hadisələrlə əlaqədar olaraq 11 il idi ki, iki ölkə arasında rəsmi təmaslar dondurulmuşdur.
 
Aqil Musa
Missiya.Az

  • 10-01-2023, 15:39