AZ   |   RU
Ağsuda baş verən yanğın məhdudlaşdırıldı - VİDEO
 
Ağsu rayonu, Gəgəli kəndi yaxınlığında mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğın bu gün günorta saatlarında məhdudlaşdırılıb.

Missiya.Az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Yanğınsöndürmə əməliyyatlarına Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunlarının müvafiq qüvvələri və Aviasiya dəstəsinin helikopteri, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları və yerli sakinlər cəlb edilib.


  • 6-08-2021, 14:29