AZ   |   RU
"Azərbaycandan keçən nəqliyyat-tranzit dəhlizlərinin aktuallığı artır" - Baş nazir

  

"Qlobal geosiyasi mənzərədə mühüm dəyişikliklər bir çox ölkələr tərəfindən logistika zəncirlərinin və axınlarının məcburi şəkildə yenidən təşkili ilə nəticələnib".

Missiya.Az xəbər verir ki, bunu Baş nazir Əli Əsədov bu gün Rusiyanın Soçi şəhərində keçirilən və qonaq qismində iştirak etdiyi Avrasiya Hökumətlərarası Şurasının geniş tərkibdə iclasında bildirib.

"Bu fonda Avrasiya iqtisadi Birliyinə üzv dövlətlərin ərazisindən keçən nəqliyyat-tranzit dəhlizlərinin aktuallığı yüksəlir. Azərbaycan ərazisi ilə yük axını sabit sürətlə artır. 2022-ci ilin yekunlarına görə, artım 75 % təşkil edib. Cari ilin yanvar-aprel aylarında tranzit daşımaların həcmi 26 % artıb. Azərbaycan Şərq-Qərb, Şimal-Cənub nəqliyyat marşrutlarının vacib halqası kimi çıxış edir", - deyə hökumət başçısı qeyd edib.



  • 8-06-2023, 17:32