AZ   |   RU
Ukraynada yaşayan çempionumuzun daha bir QƏLƏBƏSİ: "Bu qələbəmi Ali Baş Komandana və Hikmət Mirzəyevə hədiyyə edirəm"


Ukranyanın Kiyev şəhərində yaşayan dünya və Avropa çempionu, MMA ustası İsgəndərov Fəxrəddin Firidun oğlu rəqibini məğlub edib.

Missiya.Az xəbər verir ki, çempionumuz MediaBaku.az-a açıqlamasında bildirdi ki, yad ölkədə olsa da, ürəyi hər zaman Azərbaycanla döyünüb.
“Ukraynada yaşamağıma baxmayaraq, ürəyim həmişə Vətən ilə, bayraqla döyünür. Vətənə və bayrağa sevgim əbədidir. Bu döyüşümü, bu qələbəmi Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevə,  052 Yaşmaya və Biləsuvarın fəxri komandiri, Xüsusi Təyinatlı Qüvvələrin Komandanı, general-leytenant Hikmət Mirzəye hədiyyə edirəm. Ona görə ki, mən 8 noyabrda anadan olmuşam və onlar Şuşanı düşmən tapdağından azad edərək mənə ən böyük hədiyyə etmiş oldular.
Mən, azərbaycanlı olmağımla fəxr edirəm və bütün Azərbaycan Şəhidlərini yad edərək onların ruhu qarşısında baş əyirəm. Yerləri Cənnətlik, ruhları şad olsun. Allah yaxınlarına səbr versin. Şəhid analarının qarşısında baş əyir, gözlərindən öpürəm. Unutmayın ki, sizin bir oğlunuz da var. Vətən sağ olsun! Yaşasın Azərbaycan! Qarabağ Azərbaycandır!”, – deyə idmançımız qeyd edib.

Qeyd edək ki, İsgəndərov Fəxrəddin Firidun oğlu Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) üzvüdür.




  • 18-06-2021, 20:23