AZ   |   RU
Naxçıvanda təbii fəlakətin nəticələri aradan qaldırılıb - FOTOLAR


Ötən gün Naxçıvanda baş verən leysan yağışı və dolu nəticəsində dəymiş ziyan qısa zamanda aradan qaldırılıb.

Missiya.Az Report-a istinadən xəbər verir ki, Naxçıvan Şəhər İcra Hakimiyyəti və digər aid qurumlar tərəfindən bu gün küçə və məhəllələrdə təmizlik və təmir işləri aparılıb.

Naxçıvan Şəhər İcra Hakimiyyəti və digər aid qurumların əməkdaşları tərəfindən şəhərin Əliabad qəsəbəsi, Həsən Rəhimov, Səməd Vurğun, Məmməd Araz, Əcəmi 6, 34, 35, 59 və 60-cı məhəllələri, Nizami, Fizuli, Atatürk, Seyid Cəfər Pişəvəri, Səməd Mövləli, Əziz Əliyev küçələri, “ASAN xidmət” Mərkəzinin və Heydər məscidinin ətrafında təmizlik və təmir işləri həyata keçirilib.

Güclü küləklə müşayiət olunan leysan nəticəsində avtomobil yollarının kənarlarında, parklarda və digər ərazilərdə qırılmış ağaclar ərazilərdən uzaqlaşdırılıb, selin gətirdiyi torpaq və qırıntılar təmizlənib.




  • 23-05-2023, 19:47