AZ   |   RU
Ermənistan Azərbaycana qarşı döyüş PUA-ları tətbiq edib - FOTO

 

Mayın 18-i saat 07:15 radələrində Azərbaycan Ordusunun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən bir neçə mövqeyinə qarşı Ermənistan silahlı qüvvələri tərəfindən döyüş PUA-ları tətbiq edilib.

Bu barədə Missiya.Az-a Azərbaycanın Müdafiə Nazirliyindən məlumat verilib.

Əraziyə baxış keçirilərkən ermənilərin PUA-lar vasitəsilə atdığı kustar üsulla hazırlanmış əldəqayırma mərmilərin qalıqları aşkar edilib.

Azərbaycan Ordusunun bölmələri itki verməyib, cavab tədbirləri görülür.

"Bildiririk ki, bölgədə yaranan gərginliyə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür", - məlumatda qeyd edilib.




  • 18-05-2023, 09:22