AZ   |   RU
Rusiyanın Ukraynadakı müharibədə itkiləri - Yenilənmiş SİYAHI


Ukrayna tərəfi Rusiya ordusunun itkilərinin yenilənmiş siyahısını təqdim edib.

Missiya. Az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, keçən il fevralın 24-dən etibarən Rusiya tərəfi 198 260 nəfər canlı qüvvə itirib.

Bildirilib ki, Rusiyanın digər döyüş itkiləri 3 751 tank, 7 307 zirehli maşın, 3 095 artilleriya sistemi, 561 reaktiv yaylım atəşi sistemi, 314 hava hücumundan müdafiə sistemi, 308 təyyarə, 294 helikopter, 2 665 PUA, 970 qanadlı raket, 18 gəmi/qayıq, 6 011 avtomobil texnikası və avtosistern, 402 xüsusi texnikadan ibarətdir.



  • 13-05-2023, 15:16