AZ   |   RU
Britaniya kəşfiyyatı açıqladı: Rusiyanın bəzi bölgələrində 9 May paradları niyə ləğv edildi?


Rusiyada bir sıra regionlarda 9 May Qələbə günü ilə bağlı tədbirlərin ləğv edilməsi son dron hücumları fonunda rəhbərlik nümayəndələri arasında artan təhlükə qorxusundan xəbər verə bilər.

Missiya. Az bu barədə Britaniya Müdafiə Nazirliyinin kəşfiyyat icmasının icmalında bildirilib.

Britaniya kəşfiyyatının məlumatına görə, artıq Rusiyanın 6 rayonu və 21 şəhəri, həmçinin müvəqqəti işğal olunmuş Krımın işğalçı hakimiyyət orqanları artıq mayın 9-da keçiriləcək paradları ləğv ediblər. Bundan əlavə, Kreml həmin gün təntənəli qəbul mərasimi keçirməyəcək, Moskvada isə daha kiçik miqyasda keçiriləcək.

“Qələbə paradına günlər qalmış Kremlə pilotsuz təyyarələrin hücumu Rusiyanın bu cür hücumlara qarşı həssaslığının artdığını göstərir. Bu, demək olar ki, Qələbə günü hadisələri ilə bağlı Rusiya rəhbərliyində təhlükə hissini artırıb”, - deyə icmalda qeyd edilib.

Britaniya kəşfiyyatı əlavə edib ki, 9 May tədbirlərinin ləğvinə səbəb, həmçinin Ukraynadakı müharibə ilə bağlı mümkün etirazlar və narazılıqlar da ola bilər.



  • 6-05-2023, 20:04