AZ   |   RU
Qubada silah-sursat aşkarlanıb


Qubada silah-sursat aşkarlanıb.

Missiya. Az
xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan bildirilib ki, Quba Rayon Polis Şöbəsinin İctimai təhlükəsizlik bölməsinin əməkdaşları tərəfindən rayonun Dəvədabanı yaşayış massivində yol kənarında 4 ədəd ov tüfəngi və 84 ədəd müxtəlif çaplı güllələr aşkar olunaraq götürülüb.
Faktla bağlı RPŞ-də araşdırma aparılır.

  • 4-03-2023, 18:58