AZ   |   RU
Gəncə və Naxçıvandan növbəti humanitar yardım karvanı Türkiyəyə yola salındı

Fevralın 6-da Türkiyə Cümhuriyyətinin 10 şəhər və rayonunda qeydə alınan zəlzələ nəticəsində zərər çəkmiş şəxslərə yardım məqsədilə bir neçə şəhər və rayonlarda toplanan yardımlar Gəncə şəhərindən 11 TIR tipli yük maşını ilə yola salınıb.

Missiya. Az
xəbər verir ki, məlumatına görə, yardımlar Şəki, Balakən, Göygöl, Zərdab, Ucar, Göyçay, Masallı, Şəmkir, Beyləqan, Tərtər, Ağdam, Yevlax, Füzuli və Lənkəran şəhərindən və bəzi idarə və müəssisələrdən gətirilib.
Qardaş ölkəyə yardım kompaniyasına Gəncə şəhər, Samux və Gədəbəy rayon məktəbləri də qoşulub.
Toplamda 143 ton olan yardımlar xüsusi olaraq ayrılmış TIR tipli yük maşınlarına yüklənib.
Göndərilən ləvazimatlar isə, əsasən isti paltarlar, istilik vasitələri, yorğanlar, uşaq bezləri, uşaq yeməkləri, qablaşdırılmış qidalar, tibb və gigiyenik ləvazimatlar, generator və digər zəruri əşyalardır.
Yardım karvanı Bakı-Qazax-Gürcüstan magistral yolu ilə təyin olunmuş ünvana yol şəraiti nəzərə alınaraq tez bir zamanda çatdırılması üçün dayanmadan hərəkət edəcək.
Qeyd edək ki, qardaş ölkəyə humanitar yardımlar davam etdirilir və növbəti günlərdə yardım karvanı yenidən yola salınacaq.
Bundan başqa, Türkiyədə zəlzələdən zərər çəkənlərə kömək məqsədilə bu gün Naxçıvandan daha 11 TIR yardım yola salınıb.
Bununla da Naxçıvandan ümumilikdə 46 TIR yardım göndərilib.

  • 11-02-2023, 19:25