AZ   |   RU
“Neftçi” öz meydanında “Şamaxı” ilə heç-heçə edib

Misli Premyer Liqasında I tur davam edir.


Missiya.Az "Apasport"a istinadən xəbər verir ki, bu gün ölkə çempionatında daha bir qarşılaşma baş tutub.


“Neftçi” doğma meydanda “Şamaxı”nı sınağa çəkib. Matç saat 20:00-da start götürüb.


Görüşü Elçin Məsiyev idarə edib.


Oyunda qalib müəyyənləşməyib. Matç 1:1 hesablı heç-heçə ilə başa çatıb.


Qeyd edək ki, turun ilk görüşü - “Karvan-Yevlax” – “Qəbələ” oyunu heç-heçə (1:1) başa çatıb. Turun digər 2 görüşü isə sabah keçiriləcək.



  • Dünən, 22:53