Şənbə 2 Avqust 2025 / 2:03:59
                    AZ   |   RU
Türk Hava Yolları bir sıra reysləri ləğv etdi - Doha, Dubay, Abu-Dabi...

Türk Hava Yolları  Bəhreyn, Dammam, Doha, Dubay, Küveyt, Əbu-Dabi və Maskat reyslərini ləğv etdiyini açıqlayıb.


Missiya.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Türk Hava Yollarının mətbuat müşaviri Yəhya Üstün sosial media hesabında İranın ABŞ bazalarına hücumundan sonra bölgəyə uçuşlarla bağlı aldıqları qərarı belə açıqlayıb:


"Hörmətli Sərnişinlər, 23 iyun 2025 tarixində planlaşdırılan Bəhreyn, Dammam, Doha, Dubay, Küveyt, Əbu-Dabi və Maskata reyslərimiz ləğv edildi. Sizdən uçuşlarımızla bağlı yenilikləri veb saytımızdan izləməyinizi xahiş edirik".


Elcan
Missiya.Az


  • 23-06-2025, 22:43