AZ   |   RU
KOBİA auditor seçib


İqtisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafi Agentliyi (KOBİA) 2024-cü il üzrə illik maliyyə hesabatının auditi ilə bağlı elan etdiyi kotirovka sorğusuna yekun vurub.


Missiya.Az dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, kotirovkanın qalibi "NR Proaudit" MMC-dir.


Qalib şirkətə 5 min manat ödəniləcək.


KOBİA-nın 2023-cü il üzrə illik maliyyə hesabatının auditini “SR Audit Solitions" MMC aparıb. Bunun üçün şirkətə 15 min manat ödənilib.




  • Bu gün, 14:20