AZ   |   RU
Azərbaycanda daha 69 nəqliyyat vasitəsi hərraca çıxarılacaq

 

Avqustun 12-də İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti dövlət mülkiyyətinə keçən avtomobillərin satışı ilə bağlı hərrac keçirəcək.

Missiya.Az bu barədə quruma istinadən xəbər verir.

Məlumata görə, hərrac Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında (Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında) olacaq. Hərraca ümumi dəyəri 175 min 850 manat olan 69 nəqliyyat vasitəsi çıxarılacaq.

Sifarişlər hərracın keçirilməsinə ən gec 3 bank günü qalana qədər qəbul olunacaq. Hərracda iştirak etmək istəyən şəxslərə satışa çıxarılan əmlakla qabaqcadan tanış olmaq imkanı yaradılır.

Hərraclar barədə ətraflı məlumatı

buradan əldə etmək mümkündür.




  • Bu gün, 12:07