AZ   |   RU
“İsrail ordusu İranın bütün nüvə obyektlərini vuracaq” - Netanyahu

“İsrail Müdafiə Qüvvələri İranım Fordo nüvə obyektini ABŞ olmadan da vura bilər”.


Missiya.Az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu “Kan” televiziyasına müsahibəsi zamanı deyib. 


O bildirib ki, İsrail İrana qarşı hərbi kampaniyasında vaxtından əvvəl gözləntiləri üstələyir və gələcək uğura hazırlaşır.


Onun sözlərinə görə, İsrail İranın raket buraxılış qurğularının ən azı yarısını, o cümlədən əsas hərbi liderləri məhv edib.


Netanyahu qeyd edib ki, İsrail ordusu İranın bütün nüvə obyektlərini, o cümlədən güclü möhkəmləndirilmiş Fordo nüvə obyektini də vuracaq.



Daşqın Həsənov

Missiya.Az







  • Bu gün, 08:30