AZ   |   RU
ABŞ Ukraynaya 20 milyon dollar yardım edəcək

Ukrayna Dövlət Sərhəd Xidməti və ABŞ-ın Kiyevdəki səfirliyi ölkə sərhədinin şimal və şərq hissələrinin təhlükəsizliyinin gücləndirilməsinə dair birgə plan imzalayıb.

Missiya.Az xəbər verir ki, bu barədə Ukrayna Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Məlumata görə, planın həyata keçirilməsi üçün 20 milyon ABŞ dolları ayrılıb.

Layihə Ukraynanın milli təhlükəsizliyinə yaranan təhdidlərə qarşı çıxmaq üçün sərhədçilərə texniki yardım, o cümlədən Dövlət Sərhəd Xidmətini pilotsuz uçuş sistemləri, xüsusi texnika, videomonitorinq avadanlıqları, rabitə vasitələri, avadanlıqlarla təmin etməyi nəzərdə tutur


  • 10-12-2021, 23:02