AZ   |   RU
Rusiya ordusu Sumı və Xarkovda iki kəndi ələ keçirib

Rusiya qoşunları Ukraynanın Sumı vilayətinin Novonikolaevka və Xarkov vilayətinin Dolgenki yaşayış məntəqələrini nəzarətə götürüb.


Missiya.Az “TASS”a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.


Qeyd olunub ki, “Şimal” qrupunun bölmələri düşmənin müdafiəsinə dərindən irəliləyərək Novonikolaevkanı ələ keçiriblər. 


Həmçinin bildirilib ki, “Qərb” qruplaşmasının bölmələrinin fəal hərəkətləri nəticəsində Dolqenkoye qəsəbəsi nəzarətə götürülüb.  



Daşqın Həsənov
Missiya.Az



  • Bu gün, 14:57