AZ   |   RU
Terroru maliyyələşdirməkdə təqsirləndirilən şəxslərin növbəti məhkəmə prosesi keçirilib

 

Terroru maliyyələşdirməkdə təqsirləndirilən Xəqani Ömərov, Anar Salamzadə və Elçin Əzizovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Missiya.Az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslər ifadə veriblər.

Təqsirləndirlən Elçin Əzizov deyib ki, Xəqani Ömərovu birincə dəfə məhkəmə iclasında görüb:

"Silahlı qruplaşmalar üçün pulu Türkiyədən göndərilən hesaba atmışam. Bəzi silahlı qruplaşmalarla da əlaqəm olub. Mənə əvvəl Suriyada digər silahlı qruplaşmanı maliyyələşdirməkdə ittiham edirdilər. Sonra ittihama İŞİD əlavə olundu".

Növbəti proses şahidlərin dindirilməsi üçün avqustun 12-nə təyin olunub.

Qeyd edək ki, adıçəkilən şəxslər DTX-nin keçirdiyi əməliyyat nəticəsində saxlanılıblar.

İttihama görə, təqsirləndirilən şəxslər terrorçuluğa dəstək məqsədilə xarici ölkədə fəaliyyət göstərən müəyyən şəxslərə maliyyə vəsaitləri köçürüblər.

Onlara qarşı Cinayət Məcəlləsinin 214-1-ci (terrorçuluğun maliyyələşdirilməsi) maddəsi ilə ittiham irəli sürülüb.




  • Bu gün, 11:39