AZ   |   RU
"Mossad"ın qərargahına zərbə üçün izlənilməsi mümkün olmayan raketlərdən istifadə edilib"


İran Təl-Əviv yaxınlığında yerləşən İsrailin "Mossad" kəşfiyyat xidmətinin qərargahına zərbə endirmək üçün izlənməsi və ələ keçirilməsi mümkün olmayan raketlərdən istifadə edib. 



Missiya.Az APA-ya istinadən xəbər verir ki, bu barədə İranın Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Rza Talayinik məlumat verib. 


“Bugünkü hücumda izlənilməsi və qarşısının alınması mümkün olmayan raketlərdən istifadə etdik”, – nazirlik rəsmisi vurğulayıb.



  • Dünən, 23:20