AZ   |   RU
"Qalatasaray" Leroy Sane ilə rəsmi müqavilə imzalayıb

 Türkiyə Superliqası təmsilçisi "Qalatasaray" Leroy Sane ilə rəsmi sözləşmə imzalayıb.

Missiya.Az "Report"a istinadən xəbər verir ki, almaniyalı vinqerlə 3 illik müqavilə bağlanıb.

Qeyd edək ki, 29 yaşlı oyunçu 2016-2020-ci illər aralığında "Mançester Siti" (İngiltərə), 2020-2025-ci illərdə isə "Bavariya"nın (Almaniya) şərəfini qoruyub.



  • Dünən, 16:58