AZ   |   RU
Rus helikopterindən parçalar oğurlayıb Ukraynaya aparmaq istəyənlər saxlanıldı


Ukraynaya Rusiya istehsalı olan “Mi-8” və “Mi-17” helikopterlərinin ehtiyat hissələrini qaçaqmalçılıq yolu ilə Ukraynaya keçirməyə cəhd edən şəxslər həbs saxlanılıb. 



Missiya.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu, Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) məlumatında deyilib. 


Açıqlamada qeyd edilib ki, bu hissələrlə azı 4 helikopteri təmir etmək mümkündür. Məlumata görə, saxlanılan qrup Rusiya, Ukrayna və Yaxın Şərq ölkələrindən ümumilikdə 6 nəfərdən ibarətdir. FSB hadisə ilə bağlı istintaqın davam etdiyini bildirib.



  • Bu gün, 13:43