AZ   |   RU
Kəlbəcərdə şəhid olan hərbi qulluqçu ilə vida mərasimi keçirilir - FOTO
Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu istiqamətində dekabrın 8-i gecə saatlarında Ermənistan silahlı qüvvələrinin törətdiyi növbəti təxribat nəticəsində hərbi qulluqçumuz əsgər Əliyev Asif Adil oğlu şəhid olub.

Onun nəşi bu gün axşam saatlarında doğulduğu Siyəzən rayonuna gətirilir.

Yaşadığı evdə vida mərasimi keçiriləndən sonra şəhid Siyəzəndə doğulduğu Zarat kəndinin qəbirsanlığında torpağa tapşırılacaq.

Allah rəhmət eləsin!



Oxu.Az


  • 9-12-2021, 21:39