AZ   |   RU
İlham Əliyev Minifutbol Federasiyasına 2 milyon manat ayırdı


Prezident İlham Əliyev Azərbaycan Minifutbol Federasiyasına maliyyə dəstəyi göstərilməsi haqqında Sərəncam imzalayıb.

Missiya.Az xəbər verir ki, sənədə əsasən, Azərbaycan milli yığma komandasının 2025-ci il minifutbol üzrə Dünya çempionu olması ilə əlaqədar Prezidentin Ehtiyat Fondundan Azərbaycan Minifutbol Federasiyasına iki milyon manat ayrılıb.

Xatırladaq ki, Azərbaycan millisi Bakıda keçirilən dünya çempionatının finalında Macarıstan yığmasını 4:2 hesabı ilə məğlub edib.




  • 4-06-2025, 13:46