
Mütəxəssislərin araşdırmalarına görə, qocalmanı yavaşlatmaq üçün giləmeyvə və yaşıl tərəvəz yemək, bəzi faydalı içkilər istehlak etmək lazımdır.
Məlumata görə, qaragilə, moruq, çiyələk və böyürtkən kimi giləmeyvələr güclü antioksidant mənbəyidir. Onların tərkibində hüceyrələri zədələnmədən qoruyan və dərinin vəziyyətini yaxşılaşdırmağa kömək edən antosiyaninlər var.
Eyni zamanda sağlam dərini qorumağa gərəkli vitamin və minerallarla zəngin olan ispanaq, kələm, brokoli kimi yaşıl tərəvəzlərlə də eyni effekti əldə etmək mümkündür. Həmçinin, badam, qoz və kətan toxumlarında dərini nəmləndirməyə, möhkəm saxlamağa kömək edən sağlam yağlar və antioksidantlar mövcuddur. Daha sonra fındıq bədəni hüceyrələri oksidləşdirici stressdən qoruyan E vitamini ilə təmin edir.
Mərci, qara lobya və noxud kimi paxlalılar zülal və lif də antioksidanların əla mənbəyidir. Tərkibində yüksək kakao olan tünd şokolad (70% və ya daha çox) qan dövranını yaxşılaşdırmağa və dərini günəşdən qorumağa yardım edən flavonoidlərlə zəngin olduğu üçün orqanizmə fayda verir. İçkilər arasında bitki mənşəli və yaşıl çaylar müsbət təsir göstərir. Məsələn, nanə və ya çobanyastığı çayı, o cümlədən qəhvə antioksidantlardan ibarətdir. Lakin kofein qəbulu norma daxilində olmalıdır. Tünd giləmeyvə və sitrus meyvələrindən hazırlanmış təzə sıxılmış şirələr çox xeyirlidir. Limonlu və ya zəncəfilli su isə dərinin nəmlənmə səviyyəsini saxlayır, bədəni vitaminlərlə zənginləşdirir, bu da dərini daha uzun müddət gənc saxlamağa imkan verir.
Zərintac Mayisqızı
Missiya.Az