AZ   |   RU
Ermənistan və Rusiya Təhlükəsizlik Şurasının katibləri regional məsələləri müzakirə edib

Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ilə rusiyalı həmkarı Sergey Şoyqu arasında telefon danışığı olub.


Missiya.Az “Armenpress”ə istinadən xəbər verir ki, bu barədə Ermənistan Təhlükəsizlik Şurasının ofisi məlumat yayıb.


Bildirilib ki, Qriqoryan Şoyquya avqustun 8-də Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşdırılması prosesində Vaşinqtonda əldə edilmiş razılaşmaları təqdim edib və bəyan edib ki, bu gün regionda bütün region ölkələrinin maraqlarına cavab verən sülh artıq bərqərar olub. 


Ermənistan Təhlükəsizlik Şurasının katibi regionun kommunikasiya yollarının blokdan çıxarılması və bunun nəticəsində yaranacaq iqtisadi imkanlardan da danışıb, onların bütün ölkələrin maraqları baxımından əhəmiyyətini vurğulayıb.


Şoyqu da öz növbəsində Rusiya Prezidenti Vladimir Putinlə ABŞ dövlət başçısı Donald Tramp arasında Alyaskada keçirilən görüşün nəticələrini təqdim edib.



Daşqın Həsənov
Missiya.Az



  • Bu gün, 16:27