AZ   |   RU
"Almaniya, İngiltərə, Fransa Kiyevə kömək etməklə danışıqlarda iştirak tələb edə bilməz"

"Berlin, Paris və London Kiyevə silah da daxil olmaqla tam dəstək verdikləri halda, Ukrayna nizamlanması üzrə danışıqlar masasında iştirak etmək iddiasında ola bilməzlər".

Missiya.Az
xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.


"Berlin, Paris və Londondan verilən bəyanatlar onların praktiki addımları ilə kəskin ziddiyyət təşkil edir. Baxın: danışıqlar masası arxasında yer istədiklərini deyirlər, siyasi və diplomatik həll olacağını deyirlər. Bəs nə baş verir? Onlar Ukraynaya daim silah ayırır və bunu reallığa uyğun olmayan məbləğlər ayırmaqla əsaslandırırlar", - Zaxarova bildirib.


O əlavə edib ki, yalnız həmin reallıq dəyişərsə, yuxarıda adı çəkilən dövlətlərin sülhyönümlü aksiyalarda iştirak etmək istəyi ilə bağlı bəyanatları konkret addımlarla uzlaşdırılacaq.


Xatrladaq ki, Rusiya Prezidenti Vladimir Putin bundan əvvəl Ukraynaya mayın 15-də İstanbulda ilkin şərt olmadan birbaşa danışıqları bərpa etməyi təklif etmişdi. Putin müvafiq danışıqlar zamanı tərəflərin atəşkəslə bağlı razılığa gələ biləcəyini istisna etməyib.



Zərintac Mayisqızı
Missiya.Az




  • Bu gün, 14:42