AZ   |   RU
Ərdoğan bu gün Ankarada Zelenski ilə görüşəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Ankarada ukraynalı həmkarı Volodimir Zelenski ilə görüşəcək.


Missiya.Az xəbər verir ki, bu barədə Türkiyə liderinin rəsmi tədbirlər cədvəlində məlumat verilib.


Bildirilib ki, Ərdoğanın Zelenski ilə görüşü Bakı vaxtı ilə saat 14:00 radələrində baş tutacaq.


Qeyd olunub ki, bundan sonra iki ölkə liderləri arasında təkbətək danışıqlar gözlənilir və daha sonra geniş tərkibdə davam etdiriləcək.

 


Daşqın Həsənov
Missiya.Az



  • Bu gün, 10:46