AZ   |   RU
Qarabağda quraşdırılacaq seysmik stansiyaların sayı açıqlanıb

"Bu il beynəlxalq qrant layihəsi çərçivəsində alınmış 22 seysmik stansiya respublika ərazisinə gətirilib. Onlardan 3-ü artıq quraşdırılıb".

Missiya.Az xəbər verir ki, bunu AMEA nəzdində RSXM-nin baş direktoru Qurban Yetirmişli deyib.

Onun sözlərinə görə, hazırda digər seysmik stansiyaların quraşdırılması işləri davam etdirilir.

Q.Yetirmişdi qeyd edib ki, 2025-ci ilə qədər 10 seysmik stansiyanın Qarabağda quraşdırılması nəzərdə tutulub və müvafiq şərait yaranan kimi bu işlərə başlanılacaq.


  • 6-12-2021, 17:20