AZ   |   RU
Putin Kadırovla görüşəcək


Rusiya Prezidenti Vladimir Putin Çeçenistan rəhbəri Ramzan Kadırovla görüşəcək.

Missiya.Az
TASS-a istinadən xəbər verir ki, bu barədə dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib.

O bildirib ki, Putinlə Kadırov arasında görüş mayın 7-də baş tutacaq.

Xatırladaq ki, mayın 6-da internetdə Kadırovun guya respublika lideri vəzifəsindən istefa verməsini xahiş etməsi ilə bağlı mesajlar yayılıb. Kadırov daha sonra dedi ki, onun sözləri yanlış anlaşılıb.



Zərintac Mayisqızı
Missiya.Az




  • Dünən, 14:00