AZ   |   RU
Zaqatala rayonunda avtomobil ağaca çırpılıb, ölən var

Zaqatala rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Missiya.Az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti bildirib.


“Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Zaqatala rayonunun Muğanlı kəndində yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub. Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar”, – məlumatda qeyd olunub.


Məlumata görə, əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Mercedes” markalı minik avtomobili yol kənarındakı ağaca çırpılıb və 1 nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.


Bildirilib ki, həyata keçirilən tədbirlər nəticəsində sıxılmış vəziyyətdə qalan 1 nəfərin meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.



  • Bu gün, 09:14