
26-27 aprel 2025-ci il tarixlərində "İnkişaf və Təhsil Mərkəzi"nin təşkilatçılığı və "SOCAR"ın dəstəyi ilə Tea House-da "Marneuli Open 2025" şahmat turniri keçirilib.
Missiya.Az xəbər verir ki, turnirdə 12, 16 yaşaqədər və 16 yaşdan böyüklər olmaqla 70 nəfər şahmatçı iştirak edib.
Tədbirdə iştirak edən "Gürcüstan Şahmat Federasiyası"nın vitse-prezidenti Giorgi Giorgadze və "Gürcüstan Azərbaycalılarının İnteqrasiya Mərkəzi"nin direktoru Murad Muradov çıxış edərək gənc şahmatçılara uğurlar arzu ediblər.
İsveçrə sistemi üzrə keçirilən yarışda 12 yaş kateqoriyasında Timur Kələyev 6 balla I yerə (Marneuli Tea House), Ayhan Əsgərov 6 balla II yerə (Marneuli Tea House) və Murat Nəbiyev 6 balla III yerə (Marneuli GAİM) layiq görülüblər. 16 yaş kateqoriyasında isə Tahir Məmmədov 7 balla I yerə (Qaraçöp), Əli Əliyev 6.5 balla II yerə (Marneuli Tea House), Bəhlül Quliyev 6 balla III yerə (Qaraçöp) çıxıb.
Qaliblərə kubok və medallar təqdim olunub.
Tədbirin yekununda 24-25 aprel tarixində Rustavi şəhərində Kvemo Kartli Şahmat Federasiyasının Rustavi Meriyasının dəstəyi ilə keçirdiyi Kvemo Kartli Şahmat Çempionatında qalib olan çahmatçılara, Gürcüstan Şahmat Federasiyasının vitse-prezidenti Giorgio Giorgadze tərəfindən medal, kubok və sertifikatlar təqdim olunub.
Turnirin ikinci günündə 16 yaşdan yuxarı şahmatçıların mübarizəsində Bəxtiyar Məmmədov 6 balla l yer, Cahandar Bayramov 5.5 balla ll yer, Abdulla Məmmədov 5.5 balla lll yerin sahibi olublar. Turnir Tea House gənc şahmatçıları Cahandar Bayramov, Tacir Allahverdiyev, Turac Həsənov, Emil Allahverdiyev və Qasım Əliyevin hakimliyi ilə keçirilib.
Missiya.Az
