
YUNESKO-nun 1995-ci ildə keçirilən 28-ci sessiyasında 23 aprelin Ümumdünya Kitab və Müəlliflik hüququ Günü elan edilməsi bərədə qərar qəbul olunub. 1996-cı ildən etibarən isə bu əlamətdar gün bütün dünyada qeyd edilir.
Azərbaycanda Dünya Kitab Günü və ya Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü 1997-ci ildən keçirilir.
İspaniyada Kitab Günü 1926-cı ildən hər il oktyabrın 7-də yazıçı Migel de Servantesin anadan olduğu güman edilən tarixdən qeyd olunmağa başlayıb. Lakin həmin günü açıq havada gəzinti və kitabları vərəqləmək üçün daha xoş bir mövsümdə qeyd etmək daha məqsədəuyğun hesab olunub. Beləliklə, 1930-cu ildə Kral XIII Alfonso, Servantesin ehtimal edilən ölüm tarixi olan 23 apreldə kitab gününün keçirilmə tarixinin dəyişdirilməsini təsdiqləyib.
İsveçdə sözügedən tarix "Världsbokdagen" ("Ümumdünya Kitab Günü") kimi tanınır və müəllif hüququ aspekti nadir hallarda qeyd olunur. Adətən aprelin 23-də qeyd keçirilirdi, Pasxa bayramı ilə toqquşmamaq üçün 2000 və 2011-ci illərdə aprelin 13-nə müəyyənləşdiriblər.
Böyük Britaniya və İrlandiyada Ümumdünya Kitab Günü mart ayında hər il ilk cümə axşamı keçirilən və xüsusi nəşrlərin buraxılışı ilə üst-üstə düşən xeyriyyə tədbiridir. Hər il aprelin 23-də qeyd olunan Ümumdünya Kitab Gecəsi müstəqil xeyriyyə təşkilatı "The Reading Agency" tərəfindən təşkil edilir.
ABŞ-nin Merilend ştatının Kensinqton şəhərində Beynəlxalq Kitab Günü 26 aprelə ən yaxın bazar günü küçə festivalı ilə keçirilir. 2020-ci ildə 15-ci İllik Kensinqton Kitab Festivalı Günü COVID-19 pandemiyası səbəbindən ləğv olunub.
Zərintac Mayisqızı
Missiya.Az