AZ   |   RU
Almaniyadan Ukraynaya yeni yardım paketi

Almaniya bir ay sonra Ukraynaya verilmiş silahların siyahısını yeniləyib.

Missiya.Az
xəbər verir ki, bu Almaniya hökumətinin saytında dərc olunan Ukrayna Silahlı Qüvvələrinə hərbi yardım siyahısında açıqlanıb.

Bunlara başqa avadanlıqlarla yanaşı, 66 ədəd MRAP zirehli texnikası, IRIS-T SLM üçün 1 raket, ehtiyat hissələri olan 70 “Vektor” kəşfiyyat aparatı və digər silahlar daxildir. Həmçinin, yeni paketə, xüsusən “Leopard 2” tankı üçün mərmilər, 4 kinetik müdafiə maşını (Diehl Defence), “Gepard ZSU” üçün 38 min patron, 3 “Zuzana 2” özüyeriyən artilleriya qurğusu, 27 min 155 mm-lik artilleriya mərmisi və 12 min 12 mm mərmi daxildir. Berlin Kiyevə 150 ədəd HF-1 hücum pilotsuz uçuş aparatı, 10 yerüstü pilotsuz uçuş aparatı, ehtiyat hissələri ilə birlikdə 6 “Bergepanzer 2” zirehli maşın, ehtiyat hissələri ilə birlikdə 4 ədəd “Wisent 1” zirehli mina təmizləmə maşını da verib. O cümlədən 41 yerüstü müşahidə radarı, 187 lazer məsafəölçən, 92 infraqırmızı durbin, 55 dalğıc skuteri, üç sərhəd maşını, 917 RGW-90 tank əleyhinə qumbaraatan və s. əlavə edilib.



Zərintac Mayisqızı
Missiya.Az



  • Dünən, 16:25