AZ   |   RU
DSX rəisi helikopter qəzasında həlak olan hərbçilərin məzarlarını ziyarət edib

Bu gün Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyev və qurumun digər vəzifəli şəxsləri DSX-nin hərbi helikopterinin qəzaya uğraması nəti­cəsində həlak olan hərbi qulluqçular - polkovnik Füzuli Cavadovun və kapitan Xəyyam Əliyevin məzarlarını ziyarət edib, onların əziz xatirələrini ehtiramla yad edərək məzarları üzərinə gül dəstələri qoyublar.

Missiya.Az xəbər verir ki, bu barədə  DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.

Bildirilib ki, hər iki hərbi qulluqçu ailələrinin arzusu ilə müvafiq olaraq, Bakı şəhərinin Zirə və Əmircan qəsəbələrində dəfn ediliblər.
Hərbi qulluqçuların ailələrinə baş çəkilib və baş sağ­lığı verilib.


  • 2-12-2021, 17:04