- 14-04-2025, 17:49
SON XƏBƏRLƏR
Bu gün, 00:13 |
Bu gün, 00:09 |
Bu gün, 00:03 |
Dünən, 23:30 |
Dünən, 21:31 |
Dünən, 21:13 |
Dünən, 20:51 |
Dünən, 20:49 |
Dünən, 20:47 |
Dünən, 20:28 |
Azərbaycanın Baş naziri Əli Əsədov Rumıniya Parlamenti Senatının Sədrinin vəzifəsini müvəqqəti icra edən Mirça Abrudeanla görüşüb.
Missiya.Az xəbər verir ki, bu barədə Nazirlər Kabineti məlumat yayıb.
Görüşdə Azərbaycan-Rumıniya əlaqələrinin strateji tərəfdaşlıq əsasında dinamik inkişafından məmnunluq ifadə olunub.
Siyasi dialoqun yüksək səviyyədə olduğu bildirilib, dövlət başçıları və digər səviyyələrdə həyata keçirilən qarşılıqlı səfərlərin əlaqələrin genişlənməsi baxımından əhəmiyyəti vurğulanıb.
İki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlığın və qarşılıqlı dəstəyin önəmi qeyd edilib.
Parlamentlərarası əməkdaşlığa toxunularaq parlament səviyyəsində qarşılıqlı səfərlərin, həmçinin hər iki ölkənin parlamentlərində dostluq qruplarının fəaliyyətinin əhəmiyyəti vurğulanıb.
Azərbaycanla Rumıniya arasında ticarət-iqtisadi, investisiya, neft-qaz, yaşıl enerji, nəqliyyat, dövlət xidmətlərinin göstərilməsi, humanitar və digər istiqamətlərdə əməkdaşlığın genişlənməsi qeyd olunub.
Eyni zamanda qarşılıqlı maraq doğuran bir sıra sahələrdə əməkdaşlıq perspektivləri müzakirə olunub.
Bu gün, 00:13 |
Bu gün, 00:09 |
Bu gün, 00:03 |
Dünən, 23:30 |
Dünən, 21:31 |
Dünən, 21:13 |
Dünən, 20:51 |
Dünən, 20:49 |
Dünən, 20:47 |
Dünən, 20:28 |
![]() |
“Ermənistan Azərbaycanın ATƏT-in Minsk Qrupunun buraxılması təklifini dəstəkləməyə hazır olduğunu açıqlayıb” - Mirzoyan |
![]() |
“Ermənistan Türkiyə ilə fəal və məhsuldar dialoq aparır” - Mirzoyan |
![]() |
“NATO ölkələrinin təhlükəsizliyi ABŞ-dən asılı ola bilməz” - Pentaqon rəhbəri |
![]() |
Almaniya kansleri Vaşinqtona səfər edib |
![]() |
Pezşkian və Tokayev arasında telefon danışığı olub |
![]() |
Ərdoğan Malayziyanın Baş naziri ilə regional məsələləri müzakirə edib |
![]() |
“Ukrayna dövlət səviyyəsində terrorla məşğuldur” - Peskov |
![]() |
Putin və Tramp şəxsi görüşlə bağlı razılığa gələ bilməyib - Kreml |
![]() |
CHP sədri Özəl haqqında istintaq başladılıb |
![]() |
MDB Hökumət Başçıları Şurasının növbəti iclasının tarixi və yeri müəyyənləşib |
![]() |
“Tehran Uranın zənginləşdirilməsindən imtina etməyəcək” - İran XİN rəhbəri |