Bazar 11 May 2025 / 8:45:02
                    AZ   |   RU
“ABŞ yeni tariflərdən gündə təxminən 2 milyard dollar qazanır” - Tramp

“ABŞ tətbiq edilən tariflərdən gündə təxminən 2 milyard dollar qazanır”.


Missiya.Az “The Guardian”a istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp məlumat verib.


"Gündə demək olar ki, 2 milyard dollar rüsum alırıq", - deyə siyasətçi vurğulayıb.


Tramp qeyd edib ki, Yaponiya və Cənubi Koreya, eləcə də digər ölkələr ABŞ-yə öz nümayəndələrini göndərərək, tariflərdən yayınacaq razılaşma əldə etməyə çalışırlar.


"Amerika tezliklə yenidən çox zəngin olacaq", - deyə siyasətçi bildirib.


Xatırladaq ki, ötən həftə Tramp ABŞ-nin əksər ticarət tərəfdaşlarına qarşı idxal tarifləri elan edib.



Daşqın Həsənov
Missiya.Az



  • 9-04-2025, 09:24